Külli miqdarda rüşvət almaqda ittiham olunan hərbi hissə mühasibinin işi niyə UZANIR?

Külli miqdarda rüşvət almaqda ittiham olunan hərbi hissə mühasibinin işi niyə UZANIR?

Hazırda oxunan: Külli miqdarda rüşvət almaqda ittiham olunan hərbi hissə mühasibinin işi niyə UZANIR?

227985

N saylı hərbi hissənin Maliyyə Xidmət Bölməsinin mühasibi işləmiş Alı Əliyevin ibtidai istintaqı tamamlansa da, məhkəmənin başlaması uzanır.

Bizim.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb işin hansı məhkəmədə baxılmalı olduğunu aid etməyin mümkün olmamasıdır.

"Dayı" ləqəbi ilə tanınan müttəhimin vəkili Orxan Zeynalov hesab edir ki, bu işə hərbi məhkəmədə baxıla bilməz. Çünki müvəkkili mülki şəxsdir. Amma ilkin istintaqın sonunda müdafiəçinin fikri əsassız sayılıb və toplanmış materiallar Gəncə Hərbi Məhkəməsinə göndərilib.

Amma hərbi məhkəmə işi araşdırmaqdan imtina edib və əsas gətirib ki, aidiyyət məsələsi pozulub. Bundan sonra Gəncə Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası təyin edilib.

Maraqlıdır ki, bu məhkəmə də işin onlara aid olmadığı qənaətinə gəlib.
 

Son qərar belə olub ki, Gəncə Hərbi Məhkəməsi ilə Gəncə Ağır Cinayətlər Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı yarandığından, məsələnin həlli üçün Gəncə Apellyasiya Məhkəməsinə müraciət edilsin.


İş materialları yuxarı instansiya məhkəməsinə göndərilib, məsələ həll olunana qədər "Dayı"nın həbsdə saxlanılmasına qərar verilib.

Qeyd edək ki, "Dayı" bu ilin martında həbs edilib. O, külli miqdarda rüşvət almaqda ittiham edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO