Dermotoloqlar xəbərdarlıq etdi: Çatlamış dodaqlara nəmləndirici vurmayın

Dermotoloqlar xəbərdarlıq etdi: Çatlamış dodaqlara nəmləndirici vurmayın

Hazırda oxunan: Dermotoloqlar xəbərdarlıq etdi: Çatlamış dodaqlara nəmləndirici vurmayın

227957

Dodaqlar bədənin digər hissələrinə nisbətən daha tez quruya bilər; Bunun səbəbi dodaqlarda yağ qatının olmaması və dərinin daha incə olmasıdır. Xüsusilə qışda soyuq havalar dodaqların kiçilməsinə və qurumasına səbəb olaraq narahatlıq yaradır.

Bəs dodaqları necə nəmli saxlamaq olar?

Bizim.Media dermatoloq Dr. Martiza Perezin dodaq quruluğuna qarşı tövsiyyə etdiyi üç üsulu sizlərə təqdim edir.

“Dodaq balzamına müraciət etmək bir çox insan üçün sürətli həll yolu kimi görünsə də, bəzi maddələr vəziyyəti daha da pisləşdirə bilər. Fenol, mentol və salisilik turşu kimi maddələr dodaqlarınızı qurudur. Beləliklə, getdikcə daha çox dodaq balzamı istifadə etməyə başlayırsınız. Bu maddələr dodaqlardakı təbii yağları məhv edərək zamanla daha da qurumağa və çatlamağa səbəb olur. Həmçinin, bəzi süni rənglər və ətirlər dodaqların qurumasına səbəb ola bilər".

Hialuron turşusundan istifadə edin

Mütəxəssisin ikinci addımı dodaqlara bir damcı hialuron turşusu vurmaqdır.

“Hialuron turşusu dərinin nəmi saxlamasına kömək edən təsirli nəmləndiricidir. Bu maddə təbii tərkib hissəsi olduğu üçün dərinin elastikliyini artırır və yaşlanmaya qarşı qoruyur. Dodaqlara tətbiq olunduqda nəmi udaraq dodaqların daha dolğun görünməsinə kömək edir və nəm balansını saxlayaraq çatların qarşısını alır”.

Qalın qat vazelin tətbiq edin

“Vazelin dodaqları nəmli saxlayır və xarici amillərdən qoruyur. Digər dermatoloqlar da bu üsulu tövsiyə edir. Məsələn, dermatoloq Dr. Reshmi Kapoor xəstələrinə bunu gecə boyu krem pendir kimi dodaqlarına sürtməyi tövsiyə edir. Bu tətbiq dodaqları gecə boyu nəmləndirir, səhərlər daha hamar və sağlam görünməsinə kömək edir”, - deyə dermotoloq bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO