Axşam çox yemək üçün bütün günü ac qalmayın - Yeni il menyusunda edilən səhvlər

Axşam çox yemək üçün bütün günü ac qalmayın - Yeni il menyusunda edilən səhvlər

Hazırda oxunan: Axşam çox yemək üçün bütün günü ac qalmayın - Yeni il menyusunda edilən səhvlər

227935

Yeni il gecənizin kilo kabusuna çevrilməsinə imkan verməyin. Müxtəlif ləzzətlərin hazırlandığı yeni il süfrələrində şüursuz yemək istehlakı artıq çəkiyə səbəb olur. Bəs sağlam Yeni il menyusunda nə olmalıdır? Hansı qidalar istehlak edilməlidir?

Bizim.Media sağlam və ləzzətli yeni il boşqabları üçün təkliflər verən dietoloq Ege Ramadanoğlunun məsləhətlərini sizə təqdim edir.

"Yeməkləri yağda yox, sobada, qrildə, suda və ya buxarda bişirmək olar. İstədiyiniz qədər mayonezsiz və yağsız hər cür salatlardan istifadə edə bilərsiniz. Cəmi 6-8 xörək qaşığı zeytun yağından istifadə etsəniz yaxşı olar. Bundan əlavə, süfrəyə yağlı yeməklər və balıqlar yerinə pendir, hisə verilmiş hinduşka və təzə tərəvəzlər qoymaq sizə daha sağlam bir başlanğıc vəd edəcək”.

İçkilərə də diqqət edin

Mütəxəssis bildirib ki, Yeni il gecəsi qəbul edilən kalori ehtiyacı 2-3 dəfə üstələyə, hətta 7 min kaloriyə çata bilər. O, spirtli içkilər də əlavə olunarsa təhlükənin daha çox ola biləcəyini vurğulayıb.

“Yeni il menyusunda ət, toyuq, balıq və ya hinduşkanın bir porsiyonu istehlak edilə bilər. Düyü yerinə 3-4 xörək qaşığı tərəvəzli bulqur plovu seçə bilərsiniz. Bir ovuc qovrulmuş noxudu qoz-fındıq kimi istehlak etsəniz, daha tox hiss etdiyinizi görə bilərsiniz. Qazlı içkilər yerinə meyvə şirələrini seçə bilərsiniz. Şirniyyat istehlak etməsəniz, 2 porsiya meyvə istehlak edə bilərsiniz”.

Bütün gün ac qalmayın

Ekspert Yeni il süfrəsində ən çox edilən səhvlərdən danışıb.

“Yeni il ərəfəsində doyunca yeyib-içmək üçün bütün günü ac keçirmək ən çox edilən səhvlərdən biridir. Beləliklə, gecə gec saatlarda həddindən artıq yemək balanslaşdırılmır və bu, gün ərzində qan şəkərinizin aşağı düşməsinə və ya gecə tez yemək yedikdən sonra həzmsizliyə səbəb olur”.

Başlanğıc yeməkləri

Mütəxəssisin sözlərinə görə, ki, Yeni ilin ən vacib hissəsi başlanğıclar olmalıdır.

“Başlanğıclar nə qədər yüngül və sağlam olarsa, yeməyin enerji balansı bir o qədər çox olar. Başlanğıclara alternativ olaraq bir stəkan limon suyuna xiyar, limon, heyva dilimləri əlavə edə bilərsiniz. Qatıq və ya avokado ilə hazırlanmış sousa batıra biləcəyiniz təzə tərəvəzlər də sağlam başlanğıc olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO