Daxili İşlər Nazirliyindən kiberdələduzluq halları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Daxili İşlər Nazirliyindən kiberdələduzluq halları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Hazırda oxunan: Daxili İşlər Nazirliyindən kiberdələduzluq halları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

227923

Sumqayıt şəhərində polis əməkdaşları kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədi ilə əhali arasında maarifləndirmə işini daha da gücləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu mövzuda xəbərdarlıqlar əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının ətrafında asılıb, sakinlərə paylanıb.

Diqqətə çatdırılıb ki, vətəndaşlar sosial şəbəkələrdə, saxta sayt və səhifələrdəki şirnikləndirici vədlərə aldanmamalı, onlayn üsulla satılan məhsul və əmlaka baxış keçirmədən beh verməməlidirlər:

"Şübhəli linklərə keçid edilməməli, mobil cihazlara yüklənən tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşılmamalıdır.

Heç bir halda bank və şəxsi məlumatlar qarşı tərəfə ötürülməməlidir".

Ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO