Valideynlərə XƏBƏRDARLIQ: “Pepsi” və “Cola” uşaqlarda asılılıq yaradır

Valideynlərə XƏBƏRDARLIQ: “Pepsi” və “Cola” uşaqlarda asılılıq yaradır

Hazırda oxunan: Valideynlərə XƏBƏRDARLIQ: “Pepsi” və “Cola” uşaqlarda asılılıq yaradır

227850

Amerikalı Bryus Martinez ABŞ-ın bir sıra iri şirkətlərinə, o cümlədən "Coca-Cola", "Pepsi" və "Mars"a qarşı iddia qaldıraraq, onların məhsullarını uşaqlarda asılılıq yaradacaq şəkildə qəsdən istehsal etdiklərini bəyan edib

Bu barədə iddiaçı vasitəsilə məhkəməyə müraciət edən "Morgan & Morgan" hüquq firması məlumat yayıb.  

Martinez bildirib ki, bu şirkətlərin məhsullarından istifadə etdiyi üçün 16 yaşında ona ikinci tip şəkərli diabet və alkoqolsuz piylənmiş qaraciyər xəstəliyi diaqnozu qoyulub. Hal-hazırda 18 yaşı olan iddiaçı artıq sağlamlıq problemlərindən əziyyət çəkdiyini və ömrü boyu xəstə olma ehtimalının yüksək olduğunu vurğulayıb.  

Ümumilikdə, iddiada 11 şirkət cavabdeh kimi qeyd olunub. Yuxarıda adları çəkilənlərdən əlavə, siyahıya "Kraft Heinz Company", "Mondelez International" və İsveçrənin "Nestle" şirkətinin ABŞ filialı da daxildir.  

"Morgan & Morgan" hüquq firmasının məlumatına görə, iddiada istehsalçıların uşaqlarda məhsullarına asılılıq yaratmaq üçün gördükləri tədbirlər sadalanır. Xüsusilə, şirkətlərin daxili yazışmalarından və inkişaf toplantılarından əldə edilən bəzi məlumatlar təqdim olunub. Eyni zamanda, iddiada dərin emal olunmuş qidaların zərərləri haqqında elmi araşdırmalara istinadlar yer alıb. 

Bu içkilərin daha hansı zərərləri var?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, adı çəkilən şirkətlərin istehsal etdikləri  qidalar təkcə asılıq yaratmır, həm də bəzi xəstəliklərə yol açır:
 

MÖVZU İLƏ BAĞLI:

“Coca-Cola” xərçəngə səbəb olur - ÜST-dən XƏBƏRDARLIQ  


“Bir sıra qidalar, o cümlədən “Coca-Cola”, “Pepsi” kimi içkilərdən uzaq durmaq lazımdır. Çünki qazlı və şirin içkilər bir sıra xəstəliklərin törədicisidir. 

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə deyib ki, qazlı və rəngli içkilər hazırlanarkən həddindən artıq kofein və şəkərdən istifadə olunur:

“Bu da birbaşa asılılıq yaradır. Bu içkiləri qəbul etdikcə insanlarda bu qidalara xüsusi maraq yaranır. Maraq nəticəsində insanlar belə içkilərdən daha çox istifadə edirlər. Bu da orqanizmdə zamanla müxtəlif xəstəliklərə yol açır. Artıq qəbul edilən şəkər artıq kaloriyə, eyni zamanda diş çürüməsinə, şəkərli diabetə, ürək-damar xəstəliklərinə və bir çox sağlamlıq problemlərinə səbəb olur.

Onların tərkibində dopomin hormonu var ki, bu da həmin içkilərə daha çox maraq oyadır. Belə içkiləri davamlı şəkildə qəbul edən insanlarda sağlamlıq problemləri daha çox olur”.

Surxay Atakişiyev, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO