Bakı-Balakən-Bakı qatarının qazandıracağı iqtisadi DİVİDENDLƏR

Bakı-Balakən-Bakı qatarının qazandıracağı iqtisadi DİVİDENDLƏR

Hazırda oxunan: Bakı-Balakən-Bakı qatarının qazandıracağı iqtisadi DİVİDENDLƏR

227844

“Bakı-Balakən-Bakı qatarının yanvarın 3-dən etibarən fəaliyyətə başlaması xəbəri şimal bölgəsinin əhalisi üçün əsl bayram hədiyyəsi oldu. Qatarların hərəkəti ilə həm bölgə əhalisinə, həm də digər ərazilərdən Balakən-Zaqatala zonasına getmək istəyənlərə əlavə imkanlar açır”

Bunu Bakı-Balakən-Bakı qatarının fəaliyyətə başlamasını Bizim.Media-ya şərh edən millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, yeni nəsil qatarlar ilk növbədə ekoloji cəhətdən böyük üstünlüyə malikdir:

“Bu qatarlar elektriklə çalışdığı üçün ətraf mühitə CO2 emissiyası buraxmır. Bundan əlavə, qatar ən təhlükəsiz nəqliyyat növlərindən biridir. Qatarların gecikmə ehtimalı aviauçuşlarla və avtobuslarla müqayisədə daha azdır. Həmçinin qatarlara minik müddəti təyyarəyə minik müddəti ilə müqayisədə olduqca azdır. O ki, qaldı minik avtomobilləri və avtobuslarla müqayisəyə, avtomobil nəqliyyatı vasitələri ilə uzaq məsafəyə səyahət etmək yorucudur, qatar kimi rahat deyil. Üstəlik, qatarla daha çox sərnişin daşımaq mümkündür. Bir qatar bəzən 5-6 avtobusun tutumu qədər sərnişin daşıyır. Bu da yollarda sıxlığı aradan qaldırmaqla yanaşı, ekoloji tarazlığın bərpasına əlavə töhfə verir”.

Müsahibimiz hesab edir ki, bu qatar marşurutunun fəaliyyətə başlaması bölgə əhalisinin qayğılarını xeyli azaldcaq:

“Ən başlıcası bu addım bölgənin sosial durumuna müsbət impuls verəcək. Turizm infrastrukturunun genişləndirilməsi baxımından da bu addım vacibdir. Yeni qatarların fəaliyyətə başlaması Balakən-Zaqatala bölgəsinə turist axınına səbəb olacaq. Turizmin inkişafı da təbii ki, həm yerli əhalinin məşğulluğunu və gəlirlərini artıracaq, həm də ölkə iqtisadiyyatına əlavə dividendlər gətirəcək. 

Yaxşı haldır ki, qatarlar gecə işləyəcək. Bu da əlavə vaxt itkisinin qarşısını alacaq. Səhər-səhər mənzil başına çatan sərnişin gün ərzində bütün işlərini görə və xoş bir gün keçirə bilər”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO