Aktaudakı təyyarə qəzasında xəsarət alan və Qazaxıstanda xəstəxanada müalicə olunan 3 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
Bizim.Media xəbər verir ki, yaralıları daşıyan təyyarə qısa müddət əvvəl Heydər Əliyev adına Hava Limanına enib.
Onların digər yaralılar kimi "Yeni Klinika"ya yerləşdiriləcəyi gözlənilir.
Bununla da kənar müdaxilə nəticəsində AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan bütün Azərbaycan vətəndaşları Vətənə gətirilib.
Qeyd edək ki, bundan əvvəl 14 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
Bizim.Media