Kürdəmirdə DƏHŞƏT – 18 günlük körpə müəmmalı şəkildə dünyasını dəyişib – FOTO

Kürdəmirdə DƏHŞƏT – 18 günlük körpə müəmmalı şəkildə dünyasını dəyişib – FOTO

Hazırda oxunan: Kürdəmirdə DƏHŞƏT – 18 günlük körpə müəmmalı şəkildə dünyasını dəyişib – FOTO

227814

Kürdəmirdə yeni döğulmuş körpə qəfildən dünyasını dəyişib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə dekabr ayının 29-da günorta saatlarında rayonun Dəyirmanlı kəndində qeydə alınıb.
 

Belə ki, 18 günlük körpənin nənəsi Həbibə Məmmədova evdə uşağın halının yaxşı olmadığını müşahidə edib və dərhal təcili tibbi yardıma müraciət edib. Körpə Sevgi Babək qızı Məmmədli Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və körpə xəstəxanaya daxil olana kimi dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.


Qeyd edək ki, körpə Sevgi Məmmədli dekabrın 11-də Sabirabad rayon Mərkəzi xəstəxanasında qeysəriyyə yolu ilə doğulub və xəstəxanadan çıxarıldıqdan sonra Kürdəmirin Dəyirmanlı kəndindəki evinə gətirilib. Nənəsinin sözlərinə görə uşaq sağlam doğulub və uşaqda heç bir neqativ hal aşkar edilməyib. Dəqiq məlumat isə ekspertizanın nəticələrindən sonra məlum olacaq.

Hazırda faktla bağlı araşdırma aparılır.







Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO