Az qala hər salatda, qızartma yeməklərinin yaında mayonezdən istifadə edirik. Xüsusilə də bayram ərəfəsində ən çox istifadə olunan məhsullardan biri mayonezdir. Mayonezin ziyanları çox olduğundan artıq bunu evdə hazırlayanlar da var. Amma bu o demək deyil ki, evdə hazırlanan mayonez daha sağlamdır.
Marketlərdə satılan mayonezlərin içərisində əlavə qatqılar olur deyə istifadəsinə xüsusi diqqət yetirmək lazımdır. Əlbəttə ki, digər bütün məhsullarda olduğu kimi mayonez alanda da istehsal tarixinə, saxlanma şəraitinə və müddətinə baxmaq lazımdır.
Bəs mayonezlərin zərərləri nələrdir?
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Bizim.Media-ya bildirib ki, tərkibindəki qida maddələrinə görə mayonez hər zaman yüksək risk qrupuna aid olan qidalar sırasındadır.
“Çünki əgər təbii şəkildə mayonez hazırlanacaqsa, onun tərkibində müxtəlif yağlardan, yumurtadan, sirkə və limon suyu, duzdan, şəkərdən istifadə olunmur. Bunlardan başqa, sənaye istehsalı zamanı mayonezin tərkibinə müxtəlif qatqılar, uzun müddət xarab olmaması üçün bir çox əlavələr daxil olunur. Hər bir mayonezin markasına görə, evdə və ya sənaye üsulunda hazırlanmasına görə tərkibindəki maddələr dəyişə bilər. Birinci növbədə bilmək lazımdır ki, keyfiyyətli, mənşəyi bəlli olan, etibarlı markadan olan mayonezlərdən istifadə etmək lazımdır”.
Səbəb olduğu xəstəliklər
Ekspertin sözlərinə görə, mayonezin tərkibində olan yağlar piylənməyə və bir çox xəstəliklərə səbəb ola bilər.
“Mayonezin tərkibində istifadə olunan bitki yağları keyfiyyətsiz yağlardan hazırlanıbsa və xüsusilə də, trans yağlar şəklində əlavə olunubsa, bu zaman artıq çəkiyə piylənməyə, ürək-damar xəstəliklərinə gətirib çıxara bilər. Eyni zamanda yüksək yağ miqdarı qaraciyər xəstəliklərinə, piylənməsinə səbəb ola bilər ki, bu məqamlarda da diqqət etmək lazımdır. Yaxşı olar ki, mayonezi üzərində yazıldığı qaydaya uyğun olaraq soyuducuda saxlasınlar. Əks təqdirdə, qida zəhərlənməsinə gətirib çıxara bilər. Mütləq bağlı qabda saxlanılmalıdır. Ev şəraitində hazırlanan mayonezlər isə iki üç gündən artıq saxlanılmamalıdır”.
Nuray, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 30.12.2024
Yüksək risk qrupuna aid QİDA – Mayonez hansı xəstəliklərə SƏBƏB OLUR?
Hazırda oxunan: Yüksək risk qrupuna aid QİDA – Mayonez hansı xəstəliklərə SƏBƏB OLUR?
Hazırda oxunan: Yüksək risk qrupuna aid QİDA – Mayonez hansı xəstəliklərə SƏBƏB OLUR?
227765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.