Bakının Suraxanı rayonunda ödəmə terminalından 5 min manat oğurlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, polislərin həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı İlham Rəhmanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media