Gözlər vasitəsilə müayinə edilə bilən xəstəliklər

Gözlər vasitəsilə müayinə edilə bilən xəstəliklər

Hazırda oxunan: Gözlər vasitəsilə müayinə edilə bilən xəstəliklər

227726

Bir sıra xəstəliklərin gözlər vasitəsilə diaqnostika edilə biləcəyi açıqlanıb.

Bizim.Media xəbər verir ki, "The Conversation" adlı elmi jurnal bununla bağlı Monreal Universitetinin alimlərinin təhqiqatını dərc edib.

Mütəxəssislərin fikrincə, oftalmoloji müayinələr şəkərli diabetin ilkin simptomlar ortaya çıxmazdan əvvəl müəyyən edilməsinə kömək edir, çünki bu xəstəlik gözün arxa hissəsində xarakterik dəyişikliklərə səbəb olur. 
 

Bundan əlavə, gözlər vasitəsilə insan bədəninin qan damarlarını qeyri-invaziv üsullarla müşahidə etmək mümkündür. Bu, arterial təzyiq və onunla əlaqəli xəstəliklərin, hipertoniyanın, aterosklerozun və xolesterin yığıntılarının nəzarət altına alınmasına imkan verir.


Oftalmologiya eyni zamanda tor qişanın xərçəngi olan retinoblastomanın əlamətlərini vaxtında aşkar etməyə kömək edir. Bu xəstəlik metastazların ağciyər və qaraciyərə yayılması ilə nəticələnə bilər.

Bundan başqa, tor qişanın bəzi növ piqmentasiyaları, məsələn, "ayı pəncəsi" formasında olanlar, vaxtında müalicə edilmədikdə son dərəcə mənfi proqnozu olan yoğun bağırsaq xərçəngi ilə əlaqəli ola bilər.

Hətta sadə görmə sahəsinin ölçülməsi belə bəzən xəstələrin xəbərsiz olduğu və ya əhəmiyyətsiz hesab etdiyi anomaliyaları müəyyənləşdirə bilər.

Bu anomaliyalar arasında hipofiz adenoması kimi beyin şişləri və ya digər nevroloji pozğunluqların əlamətləri də ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO