Ersin Tatar təyyarə qəzasında həlak olanlara ehtiramını bildirib

Ersin Tatar təyyarə qəzasında həlak olanlara ehtiramını bildirib

Hazırda oxunan: Ersin Tatar təyyarə qəzasında həlak olanlara ehtiramını bildirib

227683

“Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insan tələfatı ilə əlaqədar Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətində anım guşəsi yaradılıb və başsağlığı kitabı açılıb. Cəmiyyətin qarşısındakı dövlət bayrağımız yarıya endirilib.

Bizim.Media xəbər verir ki, Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinə gələrək həlak olanlara ehtiramını bildirib, başsağlığı kitabına ürək sözlərini yazıb.

Şimali Kipr Türk Cümhuriyyətində yaşayan soydaşlarımız və ölkəmizin dostları anım guşəsini ziyarət etməkdə davam edir.

Dünyanın 18 ölkəsində 29 Azərbaycan Evi var və həmin evlərdə anım guşələri yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO