Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilərək “Yeni Klinika”da müalicəsini davam etdirən şəxsləri ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ombudsmanın mətbuat xidmətindən bildirilib.
Başçəkmə zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və “Yeni Klinika”nın rəhbərliyi tərəfindən Müvəkkilə müalicə olunan şəxslərin vəziyyəti barədə ətraflı məlumat verilib.
Ombudsman qəza nəticəsində zərər çəkmiş şəxslər üçün yaradılmış şəraitlə tanış olub, onların hər biri ilə fərdi qaydada görüşüb, qayğıları və onları narahat edən məsələlərlə maraqlanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:02 / 29.12.2024
Ombudsman təyyarə qəzasında xəsarət alan şəxsləri ziyarət etdi
Hazırda oxunan: Ombudsman təyyarə qəzasında xəsarət alan şəxsləri ziyarət etdi
Hazırda oxunan: Ombudsman təyyarə qəzasında xəsarət alan şəxsləri ziyarət etdi
227681
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.