Bildiyimiz kimi, 2024-cü ilin bitməyinə 2 həftədən daha az müddət qalıb. Bu il dünyada bir sıra önəmli hadisələrlə proseslərlə yadda qaldı. Həmçinin qeyd edək ki, 2024-cü ildə ölkəmizdə də müxtəlif sahələrdə yeni addımlar atıldı, nailiyyətlər əldə edildi. Bu sahələrdən biri də məhz təhsil sahəsidir.
Təhsil eksperti Elmin Nurizadə Bizim.Media-ya açıqlamasında bu ilin ən önəmli təhsil hadisələrini xatırladıb.
O hesab edir ki, bu ilin ən önəmli təhsil hadisəsi məhz Qarabağ Universitetinin açılmasıdır.
“Bu, təkcə təhsilin deyil, həm də diplomatik, hərbi zəfərimizin dövlətçiliyimizin nümunəsidir. Qarabağ Universitetinin gələcəkdə dünya reytinq sıralamalarında birinci olacağına şübhəmiz yoxdur.
İkinci olaraq isə Türkiyə-Azərbaycan Universitetinin açılmasını bu ilin önəmli təhsil hadisələrindən biri kimi göstərmək olar. Bu sırf tədqiqat yönümlü, ali, çağdaş təhsil meyarlarına cavab verəcək formada təşkil olunub”.
Ekspert bu ilin əhəmiyyətli təhsil hadisələri sırasına uzun illərdən sonra Xankəndi, Xocalı şəhərlərində məktəblərin istifadəyə verilməsini, Şuşada 1 nömrəli məktəbin açılmasını, o cümlədən, Cəbrayılda Mehdi Mehdizadə adına orta məktəbin təməlinin qoyulmasını daxil edib.
“Uğurlu təhsil hadisələrindən biri də peşə məktəblərinə marağın artmasıdır, bu il ilk dəfə olaraq Azərbaycanda peşə təhsilinə müraciət 30 minə yaxınlaşdı.
2024-cü ildə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın tərkibi dəyişdirildi.
O cümlədən, peşə məktəbləriylə yanaşı, kolleclərə də həm cəmiyyət, həm də Elm və Təhsil Nazirliyi tərəfindən maraq artdı. Kollecləri bitirən şəxslərin ÜOMG nəticələrinə əsasən universitetlərə qəbul olma şansının meyarı bu marağı daha da artırdı. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi kolleclərdə xüsusi yoxlamalar keçirdi, bəzi direktorlar dəyişdi”.
Elmin Nurizadə bu ilin ən aktiv 2 universitetini də açıqlayıb:
“Bu ilin aktiv universitetləri sırasına Azərbaycan Texniki Universitetini və Sumqayıt Dövlət Universitetini daxil etmək olar. Orta sıralarda olan bu universitetlər rektorları vasitəsilə bizim ali təhsil müəssisələrinin reytinqlərində daha da inkişaf edir, həmçinin UNEC-i də bu sıralarda göstərə bilərik”.
Nəzrin Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 30.12.2024
Bu ilin ən yadda qalan təhsil HADİSƏLƏRİ
Hazırda oxunan: Bu ilin ən yadda qalan təhsil HADİSƏLƏRİ
Hazırda oxunan: Bu ilin ən yadda qalan təhsil HADİSƏLƏRİ
227678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.