Bakıda müalicə alan aviaqəza yaralılarının kimliyi AÇIQLANDI

Bakıda müalicə alan aviaqəza yaralılarının kimliyi AÇIQLANDI

Hazırda oxunan: Bakıda müalicə alan aviaqəza yaralılarının kimliyi AÇIQLANDI

227659

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıda müalicəsi davam edən 14 nəfərin kimliyi məlum olub.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Yeni Klinikada müalicəsi davam edən şəxslər aşağıdakılardır:

1. Devrişov Tofik

2. Devrişov Samir

3. Bayramzadə Ayhan

4. Əliyev Zamin

5. Cəlilov Nizami

6. Qədirov Heydər

7. Şabanova Vafa

8. Əsədov Zülfüqar

9. Cəfərov Toğrul

10. Siracov Nurullah

11. Papaxov Mahəmməd

12. Ceerova Salihət

13. Rəhimli Aydan

14. Carayev Mahir
 

Siyahıda yer alan yaralılardan Mahir Carayevin müalicəsi reanimasiya şöbəsində, digərləri isə palatadadırlar.


Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO