Hökümə Əliyevanın qardaşı: Prezident başda olmaqla, bütün Azərbaycan xalqı bizi tək qoymadı

Hökümə Əliyevanın qardaşı: Prezident başda olmaqla, bütün Azərbaycan xalqı bizi tək qoymadı

Hazırda oxunan: Hökümə Əliyevanın qardaşı: Prezident başda olmaqla, bütün Azərbaycan xalqı bizi tək qoymadı

227647

Aktauda təyyarə qəzasında həlak olan stüardessa Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli bildirib ki, Prezident İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqı onları tək qoymayıb.

Bizim.Media xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında danışıb.

C.Nəsibli qeyd edib ki, Hökümə ilə hər zaman fəxr edib:

"Ömrümün axırına kimi onunla fəxr edəcəm. Mən başda Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqına minnətdaram. Bizi tək qoymadılar. Onun iş yoldaşlarına, dostlarına minnətdaram. Hökümə çox böyük iş gördü, onun gördüyü işi heç mən bacarmaram".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
 

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.


Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO