Razi Nurullayev: “1-2 nəfəri qorumaq üçün 67 nəfəri ölümə göndərmək bağışlanmazdır” – VİDEO

Razi Nurullayev: “1-2 nəfəri qorumaq üçün 67 nəfəri ölümə göndərmək bağışlanmazdır” – VİDEO

Hazırda oxunan: Razi Nurullayev: “1-2 nəfəri qorumaq üçün 67 nəfəri ölümə göndərmək bağışlanmazdır” – VİDEO

227638

“Əgər onlara Dağıstan, Minvod ya da Nalçikdə hava limanına enməyə icazə verilsəydi, onda bütün sərnişinləri xilas etmək mümkün olardı”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurulleyav II Fəxri Xiyabanda jurnalistlərə açıqlamasında səsləndirilib.

“İstintaqdan sonra faktlar sübuta yetirilsə ki, onlara bu cür maneə törədilib, həmin şəxslərə cəza verilməyib və bu faktı gizlədib, onları öldürmək istəyiblər, o zaman Rusiya ilə Azərbaycan arasında münasibətlər gərginləşə bilər. Birbaşa 67 nəfəri ölümə göndərmək tamamilə humanizmdən kənar məsələdir.

Eyni zamanda 1-2 nəfəri cinayət məsuliyyətindən qorunmaq üçün 67 nəfəri ölümə göndərmək bağışlanmazdır”, - deyə deputat əlavə edib.  

Dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin cənazəsi bu gün İkinci Fəxri Xiyabanda son mənzilə yola salınıb.


Nuray, Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO