Rusiyaya işləməyə gedənlərin nəzərinə: "Qara siyahı" yaradılır

Rusiyaya işləməyə gedənlərin nəzərinə: "Qara siyahı" yaradılır

Hazırda oxunan: Rusiyaya işləməyə gedənlərin nəzərinə: "Qara siyahı" yaradılır

227574

Rusiya Baş naziri Mixail Mişustin qanun pozuntusu törədən miqrantlar üçün nəzarət edilən şəxslərin reyestrinin yaradılması haqqında qərar imzalayıb.

Bizim.Media xəbər verir ki, sənəd hüquqi məlumatların rəsmi internet portalında dərc edilib.

Qərara əsasən, Rusiya Daxili İşlər Nazirliyi miqrasiya uçotunun dövlət informasiya sistemindən istifadə edərək qanun pozuntusu törədən miqrantların xüsusi reyestrini aparacaq.

Reyestrin yaradılması iki mərhələdə həyata keçiriləcək.

Birinci mərhələdə DİN əcnəbi vətəndaşlar tərəfindən törədilmiş pozuntular haqqında mövcud məlumatları reyestrə daxil edəcək.

İkinci mərhələdə reyestr istifadəyə veriləcək; dövlət orqanları və digər istifadəçilər ona çıxış əldə edəcəklər.

Reyestrə daxil edildikdən sonra qanun pozuntusu törədən miqrantlar DİN-in icazəsi olmadan yaşayış yerini dəyişə, yaşadıqları Rusiya subyekti və ya bələdiyyə qurumundan kənara çıxa bilməyəcəklər.

Bundan əlavə, onlar nəqliyyat vasitələrini idarə edə, sürücülük vəsiqəsi ala, daşınmaz əmlak və avtomobillə bağlı əqdlər bağlaya bilməyəcəklər.

"Qara siyahı"ya düşən miqrantlara, həmçinin nikah bağlamaq, hüquqi şəxslər qeydiyyatdan keçirmək, kredit götürmək, bank hesabları açmaq və pul köçürmələri həyata keçirmək qadağan olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO