İstirahət mərkəzində sevgilisini öldürmək istəyən şəxsə nə qədər cəza verildi?

İstirahət mərkəzində sevgilisini öldürmək istəyən şəxsə nə qədər cəza verildi?

Hazırda oxunan: İstirahət mərkəzində sevgilisini öldürmək istəyən şəxsə nə qədər cəza verildi?

227573

Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Sakit Muxtarovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: 2023-cü il avqustun 24-də 2003-cü il təvəllüdlü Zalikə Bəşirovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1996-cı il təvəllüdlü Sakit Muxtarovun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən “Çoban Bulaq” İstirahət Mərkəzində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Zalikə Bəşirovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
 

Fakta görə Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Sakit Muxtarov prokurroluğun qərarı əsasında şübhəli şəxs qismində tutularaq.


Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO