Bu gün Lənkəran şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilmsşində məhdudiyyət yaranacaq.
“Azərişıq” ASC-dən Bizim.Media-ya bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsində (EŞ) 10 kV-luq elektrik xəttində aparılan təmir işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq.
Saat 10:00-dan saat 14:00-dək şəhərin 20 Yanvar, Mirsalayev, Şəkər Aslan, Müzəffər Nəsirli, Hacılar, Elnur Talıbov, Şeyx Zahid küçələrində elektrik enerjisinin verilməsində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bizim.Media