Vardanyan ömürlük həbs edilə bilər

Vardanyan ömürlük həbs edilə bilər

Hazırda oxunan: Vardanyan ömürlük həbs edilə bilər

227547

Xəbər verdiyimiz kimi, çoxsaylı xüsusilə ağır cinayətlərin törədilməsində ittiham edilən Vardanyan Ruben Karlenoviç barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, bir ildən çox davam edən istintaqın sonunda R.Vardanyana Azərbaycan Cinayət Məcəlləsinin 15-dən artıq maddəsi ilə yekun ittiham elan edilib.

Buraya CM-nin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri daxildir.
 

Rusiya vətəndaşı olub, daha sonra anidən həmin vətəndaşlıqdan məqsədyönlü şəkildə imtina edib dərhal Ermənistan vətəndaşlığını əldə edib, Rusiyada “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olub, Rusiyada “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışan Vardanyan Ruben həm də terrorçuluğu maliyyələşdirməkdə ittiham olunur.


Rəsmi məlumatdan görünür ki, özü də cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib. 

Onun hansı məqsədlə Azərbaycan ərazisinə gizli qanunsuz daxil olub Qarabağa gəldiyi, keçirtdiyi hərbi təlimlər, hərbi silah-sursat alışı və digər aşkar qanunsuz fəaliyyəti əvvəllər çox müzakirə olunub.

Ruben Vardanyan bu maddələrlə təqsirli bilinərsə, onu hansı cəza gözləyir?

Verilmiş maddələrdə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsindən söhbət gedir. Bu maddələrin sanksiya həddi isə ömürlük azadlıqdan məhrum edilməyə qədərdir.

Son qərarı isə işin hallarına uyğun olaraq Bakı Hərbi Məhkəməsi verəcək.

Qeyd edək ki, Vardanyan DTX-nin İstintaq baş idarəsində tərcüməçi və özünün istədiyi vəkillərlə təmin edilib. Onun özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO