Təyyarə qəzasında həlak olan 24 nəfərin cənazəsi Aktaudan YOLA SALINDI

Təyyarə qəzasında həlak olan 24 nəfərin cənazəsi Aktaudan YOLA SALINDI

Hazırda oxunan: Təyyarə qəzasında həlak olan 24 nəfərin cənazəsi Aktaudan YOLA SALINDI

227526

Təyyarə qəzasında həlak olan Azərbaycan vətəndaşlarının cənazələri vətənə göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Mangistau vilayətinin administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Bu gün yerli vaxtla saat 23:30-da (Bakı vaxtilə 22:30 radələri) AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olan 3 ekipaj üzvü də daxil olmaqla, ümumilikdə 24 Azərbaycan vətəndaşının nəşi Aktaudan Bakıya göndərilib”, - məlumatda bildirilib.

Qeyd olunur ki, bu günlərdə meyitlərin tanınması istiqamətində gərgin iş aparılıb, DNT analizi və yaxınlarının köməyi ilə də tədbirlər həyata keçirilib.

“Sağ qalan 14 Azərbaycan vətəndaşına tibbi yardım göstərildikdən sonra artıq evə yola salınıb”, - deyə mətbuat xidmətindən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO