İl ərzində 382 şəxs ölkəmizə readmissiya olunub - RƏSMİ

İl ərzində 382 şəxs ölkəmizə readmissiya olunub - RƏSMİ

Hazırda oxunan: İl ərzində 382 şəxs ölkəmizə readmissiya olunub - RƏSMİ

227521

Cari il ərzində Azərbaycan ilə İraq, Macarıstan, Türkiyə, Monteneqro, Qazaxıstan, Tacikistan, Lüksemburq, Rusiya, İran, Özbəkistan, Kolumbiya, Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirilib. Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Macarıstan, Tacikistan və Pakistan Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Albaniya, Mərakeş, Səudiyyə Ərəbistanı və Qambiya ilə ikitərəfli müqavilələr imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq son illər ərzində İraqdan 288 nəfəri uşaq və 7 nəfəri qadın olmaqla ümumilikdə 295 nəfər Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.

Qeyd edilib ki, 2024-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”ə uyğun olaraq müvafiq fəaliyyət həyata keçirilib, 382 şəxs ölkəmizə readmissiya olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO