Paytaxtın 6 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Paytaxtın 6 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Hazırda oxunan: Paytaxtın 6 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

227490

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 66 nömrəli şəhərdaxili, 122, 126, 162, 184 və 340 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

AYNA-dan Bizim.Media-ya bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Müsabiqə üçün sənədlər 26 yanvar 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən 162 nömrəli şəhərətrafı (Ramana qəsəbəsi, Yeni yaşayış massivi – “Koroğlu” metrostansiyası), 126 nömrəli şəhərətrafı (Şonqar qəsəbəsi – “Sədərək” ticarət mərkəzi), 66 nömrəli şəhərdaxili (Suraxanı qəsəbəsi – “Neftçilər” metrostansiyası) avtobus marşrutları üzrə 3 lotda fevralın18-də; 340 nömrəli şəhərətrafı (Binə qəsəbəsi – Mərdəkan qəsəbəsi (Şüvəlan yolu)), 122 nömrəli şəhərətrafı (Ramana qəsəbəsi, Şuşa şəhərciyi – Maştağa qəsəbəsi), 184 nömrəli şəhərətrafı (Yeni Suraxanı qəsəbəsi – “Ulduz” metrostansiyası) avtobus marşrutları üzrə 3 lotda fevralın 21-də baxılacaq.

Qeyd edək ki, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO