AZAL-ın “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 24 nəfərin cənazəsi (3 ekipaj üzvü və 21 sərnişin) Bakıya gətirilir.
Bizim.Media xəbər verir ki, cənazələri gətirən təyyarənin 19:40-da Bakıya eniş edəcəyi gözlənilir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfəri Azərbaycan, 8 nəfəri Rusiya, 3 nəfəri Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələ ki müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:26 / 28.12.2024
Aktauda həlak olan 24 nəfərin cənazəsi Bakıya gətirilir
Hazırda oxunan: Aktauda həlak olan 24 nəfərin cənazəsi Bakıya gətirilir
Hazırda oxunan: Aktauda həlak olan 24 nəfərin cənazəsi Bakıya gətirilir
227483
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.