Azərbaycanda bu il 15 nəfər vəkillikdən xaric edilib

Azərbaycanda bu il 15 nəfər vəkillikdən xaric edilib

Hazırda oxunan: Azərbaycanda bu il 15 nəfər vəkillikdən xaric edilib

227414

Azərbaycanda bu il 15 nəfər vəkillikdən xaric edilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - Vəkil Günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı açıqlayıb.

Onun sözlərinə görə, 2024-cü ildə 200 dən çox vəkilin intizam işinə baxılıb:

"76 vəkil intizam tənbehi alıb, 15 nəfər vəkillikdən xaric olunub, 41 nəfərə xəbərdarlıq edilib. Biz bu məsələyə çox humanist yanaşırıq. Hansısa vəkil barəsində intizam tədbiri görəndə çox narahat oluruq.

Biz öz əməllərimizə qiymət verməliyik, vəkillər öz səhvlərini başa düşməlidirlər. Ümid edirəm ki, bu iş getdikcə daha da yaxşılacaq. Bir il ərzində 916 nəfər vəkilliyə sənəd verib, onlardan 364-ü uğur qazanıb. Bizim imtahanlar çox çətindir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO