28 MAY Azərbaycanın ZƏFƏR ruhunun bayramıdır

28 MAY Azərbaycanın ZƏFƏR ruhunun bayramıdır

Hazırda oxunan: 28 MAY Azərbaycanın ZƏFƏR ruhunun bayramıdır

22738

1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Amma bu gün Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski və digərlərinin ruhu sağikən sevindiklərindən daha çox şaddır.

Cümhuriyyətçilər Azərbaycanın azadlığı və müstəqilliyinə Tbilisi, ardınca Bakıda sevinmişdilərsə, Azərbaycan xalqı bu gün Şuşadakı "Mehtər marş"ına, Prezident İlham Əliyevin Ağdamdakı təməlqoymalarına tamaşa edir. Rəsulzadə, Topçubaşov, Xoyski, Ağayev, Xasməmmədovların ruhu rahatlıq tapıb ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ilk cümhuriyyət kimi 23 ay yaşamadı. Halbuki, daha az ömür sürə bilərdi.

Çünki Azərbaycan xalqı 1993-cü ilə qədər 23 aydakından daha çox soyqırım yaşadı və əldə olunan müstəqilliyi itirməyə daha yaxın idi.

Sadəcə, xalqın bəxtindən Ayaz Mütəllibov-Elçibəy hakimiyyəti milli liderin gəlişinə qədər davam etdi. Azərbaycandakı vətəndaş müharibəsinin qarşısı alındı, Qarabağ savaşında atəşkəsə nail olundu və sürətli inkişaf ölkənin əsas hədəfinə çevrildi. Bu amalın arxasında isə bu gün gördüklərimiz gizlənirdi. Axı Heydər Əliyev əbəs yerə deməmişdi ki, "Qarabağsız Azərbaycan, Şuşasız Qarabağ olmaz".

Ulu öndərin xalqa bu müqəddəs vədini Prezident İlham Əliyev gerçəkləşdirdi. Daha insanlar demir ki, "inşallah gələn il bu tarixi Şuşada, Qarabağda qeyd edərik".

Çünki artıq Qarabağdayıq. Artıq sosial şəbəkələrdəki azərbaycanlı istifadəçilər profillərini Şuşa fotoları ilə bəzəyirlər. Biz Respublika gününün 103 illiyinə zəfərlə, ərazi bütövlüyümüzlə daxil olduq. Biz daha başqa millətlərin "torpaqlarınızı işğal ediblər" danlağından baxışlarımızı gizlətmirik. Biz "Qarabağ Azərbaycandır və nida" sədası ilə sıxılan "Dəmir Yumruğ"un gücünü gördük. Bunu 30 il ərzində bizə istehza ilə nəzər yetirənlər də gördü və xalq şanlı nüfuzunu bərpa etdi.

Bununla da, 2021-ci ilin Respublika günü ərazi bütövlüyü, qələbə və xalq-iqtidar birliyi ilə tarixə keçən ilk "28 may" oldu. Hazırda 1918-ci ildə Azərbaycanı müstəqil elan edən cümhuriyyətçilərin dəfn olunduğu ölkələr də Azərbaycana həsədlə baxır və uğurlu Bakı siyasi xəttinə şərik olmağa çalışırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO