Təyyarə qəzası ilə bağlı Türkiyədə istintaq komissiyası YARADILDI - FOTO

Təyyarə qəzası ilə bağlı Türkiyədə istintaq komissiyası YARADILDI - FOTO

Hazırda oxunan: Təyyarə qəzası ilə bağlı Türkiyədə istintaq komissiyası YARADILDI - FOTO

227375

Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət istintaq komissiyası yaradılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.

O qeyd edib ki, nümayəndə heyəti yaxın saatlarda Bakıya yola düşəcək və sabahdan etibarən öz sahələrinə uyğun olaraq hadisənin bütün aspektlərini araşdırmaq üçün Azərbaycanın müvafiq qurumları ilə koordinasiyada işləyəcək: "Türkiyə olaraq hər şəraitdə Azərbaycanın yanında olduğumuzu bildirir, həyatını itirənlərə Allah rəhmət eləsin, azərbaycanlı qardaşlarımıza şəfa diləyirik".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO