Mərhum pilot Aleksandr Kalyaninovun anası: "Bir həftə idi ki, məzuniyyətdən qayıtmışdı" - VİDEO

Mərhum pilot Aleksandr Kalyaninovun anası: "Bir həftə idi ki, məzuniyyətdən qayıtmışdı" - VİDEO

Hazırda oxunan: Mərhum pilot Aleksandr Kalyaninovun anası: "Bir həftə idi ki, məzuniyyətdən qayıtmışdı" - VİDEO

227365

"Bir gün öncə mənə yazdı və dedi ki, onu reysə təyin ediblər. Həmişə olduğu kimi "WhatsApp" vasitəsilə uçuş və qayıdış vaxtını bildirdi. O, reyslərə təyin olunanda və ya qayıdanda həmişə mənə məlumat verirdi. "Narahat olma" deyirdi".

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a Aktau yaxınlığında qəzaya düşən AZAL təyyarəsinin pilotu Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova bildirib.

O qeyd edib ki, Aleksandr məzuniyyətdən qayıtdıqdan sonra cəmi bir həftə idi ki, işə başlamışdı: "O, cəmi bir il idi ki, işləyirdi və bu, onun ilk məzuniyyəti idi. Mənə zəng edib dedi ki, məzuniyyəti Avropada keçirmək istəyir. Fransanı seçmişdi. Dedim ki, əlbəttə, Saşa, sən bunu qazanmısan. Onun iş qrafiki çox sıx idi, amma işini sevirdi. Məzuniyyətdən qayıdandan cəmi bir həftə sonra bu faciə baş verdi.

Oğlum 2013-cü ildən pilot peşəsi üzrə təhsil alıb və bir il əvvəl uçuşlara başlayıb. Hər uçuşda fərqli kapitanlarla işləyirdi. Aleksandr işinə böyük sevgi ilə yanaşırdı, lakin onun haqqında danışmağı xoşlamırdı”.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO