Azərbaycan təyyarəsi bu ərazidə vurulub – YENİ DETALLAR

Azərbaycan təyyarəsi bu ərazidə vurulub – YENİ DETALLAR

Hazırda oxunan: Azərbaycan təyyarəsi bu ərazidə vurulub – YENİ DETALLAR

227327

Bakı-Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinin qəzaya uğramasının yeni təfərrüatları məlum olub.  

Bizim.Media xəbər verir ki, "ВЧК-ОГПУ" adlı “Telegram” kanalı Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzası ilə bağlı əldə etdikləri yeni təfərrüatları açıqlayıb. 

Mənbə qeyd edib ki, təyyarə Çeçenistanın Naurski rayonu üzərində hava hücumundan müdafiə sistemləri ilə vurulub. 

Həmin vaxt Çeçenistan hava hücumundan müdafiə qüvvələri ərazidə iki PUA-nı vurmağa çalışıblar. 

Kanal bildirib ki, hadisədən iki həftə əvvəl Qroznı hava limanının yaxınlığında iki “Pantsir” qurğusu quraşdırılıb: 

“Aydın olur ki, Rusiya hakimiyyəti sərnişin təyyarəsinin başına gələnləri dərhal anlayıb, çünki onun vurulmasından bir dəqiqə sonra “Xalça” rejimi elan edilib. Təyyarə dəfələrlə təyinat hava limanına enməyə cəhd etsə də, naviqasiya sistemləri hərbi qüvvələr tərəfindən “susdurulduğuna” görə enə bilməyib. Həmin vaxt elektron döyüş sistemləri işləyirdi və təyyarə Bakıya geri dönərkən Çeçenistan səmasında vurulub. 

Həmin səhər Çeçenistan səmasında ümumilikdə üç pilotsuz təyyarə vurulub. Biri Visaitovski rayonundan, digər ikisi şimalda - Naurski rayonundan bir qədər yuxarıda uçurdu. Təyyarə məhz orada vurulub. Zədələnən təyyarənin ekipajı əvvəlcə hadisəni quş vurması ilə səhv salıb. 
 

Təyyarənin ekipajı ilə dispetçer arasındakı danışıqların stenoqramından göründüyü kimi, “quş zərbəsi” saat 08.16-da baş verib. Bütün mülki təyyarələrin təhlükə zonasını tərk etməli olduğu “Xalça” planı bir dəqiqə sonra - saat 08.17-də, yəni elektron müharibə və hava hücumundan müdafiə vasitələrinin “uğurlu” istifadəsindən dərhal sonra tətbiq edilib. Eyni zamanda reqlamentə görə, dispetçer plan haqqında ekipajı dərhal məlumatlandırmalıdır, lakin danışıqların stenoqramından göründüyü kimi, heç bir xəbərdarlıq edilməyib”. 


Kanal vurğulayır ki, taleyüklü gündə məsul olan uçuş direktoru iddia edir ki, o, “Xalça” planının tətbiqi barədə hərbçilərdən məlumatı yalnız səhər saat 08.21-də alıb. Həmin vaxt Bakı-Qroznı reysini həyata keçirən təyyarənin ekipajı artıq “quş vurmasından” sonra yaranan problemlər barədə dispetçerə məlumat vermiş və alternativ aerodrom haqqında məlumat tələb etmişdi. 

Hətta plan barədə məlumat aldıqdan sonra belə dispetçer onlardan kömək istəyən ekipaja heç bir məlumat vermir. Üstəlik, Rusiyanın yaxın aeroportlarının heç birinə eniş icazəsi verilmir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO