Ən təhlükəsiz nəqliyyat növü olan təyyarə qorxusunu necə DƏF etmək olar? – MÜHÜM AÇIQLAMA

Ən təhlükəsiz nəqliyyat növü olan təyyarə qorxusunu necə DƏF etmək olar? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Ən təhlükəsiz nəqliyyat növü olan təyyarə qorxusunu necə DƏF etmək olar? – MÜHÜM AÇIQLAMA

227308

Təyyarə qəzası ilə bağlı ilk xəbər yayılandan bu anadək hər kəs baş verənləri üzüntü və ürək ağrısı ilə izləyir. Ölən və xəsarət alanların yaxınları qədər hamı bu dərdə şərik olmağa, dəstək olmağa, qəzanın baş vermə səbəblərini öyrənməyə çalışır.

Bununla yanaşı, yayılan görüntülər, təsirli səs yazıları, dünyasını dəyişənlərin fotoları həm də insanların ürəyində təyyarəyə minmək qorxusu, aerofobiya yaradıb.

Hətta uçuşu təxirə salanar, "bir də heç vaxt təyyarəyə minmərəm" deyənlər də var.

Bəs, bu qorxunu necə dəf etmək olar?

Mövzu ilə balı Bizim.Media-ya danışan psixoloq Fuad Əsədov deyir ki, bununla bağlı insanlardan saysız-hesabsız mesajlar alıb:

“Xüsusilə, tez-tez uçuş edən insanlar mənə yazırlar. Hamısı qorxu, panika, stress yaşamağa başlayıb. Mən də tez-tez ora-bura uçduğum üçün özümə də "ehtiyatlı ol" deyə tövsiyə verirlər. Amma bu məsələ ilə bağlı bir neçə şeyi bilməyimiz lazımdır ki, belə hadisələr baş verəndə psixoloji sağlam qala və rasional düşünə bilək. İlk olaraq onu yadda saxlamalıyıq ki, bir təyyarənin qəza ehtimalı 11 milyonda birdir.

Təyyarədə bir sərnişinin ölmə ehtimalı isə 205 mində birdir. Yəni, bu rəqəm, avtomobil qəzası yaşama ehtimalından 62 dəfə azdır. Təyyarə qəzasının yaşanma ehtimalı gündəlik həyatda baş verə biləcək digər risklərdən çox-çox aşağıdır. Ona görə də, belə vəziyyətlərdə panikaya düşməmək və qorxunu içəri buraxmamaq lazımdır.

Bir dəfə qapını qorxuya açdınızsa, qorxu evinizdən içəri girəcək. Ümid edək ki, qəza ilə bağlı hər şey tezliklə gün işığına çıxacaq və lazımi tədbirlər görüləcək. Hər kəsə səbr diləyirəm”.
 

Qeyd edək ki, təyyarələr ən təhlükəsiz nəqliyyat növlərindən biri hesab olunur. Əgər gündəlik qəzaların faizi 0,01 olsaydı, bu, o demək olmalıydı ki, gün ərzində minimum 13 təyyarə qəzaya uğrayır.


Ümumiyyətlə, dünya statistikasına görə, bir ildə təyyarə qəzalarında ölənlərin sayı adətən, 300-600 nəfər arasında dəyişir. Bu rəqəm, iri təyyarə qəzalarının sayından və miqyasından asılı olaraq dəyişir.

Amma avtomobil qəzalarında hər il dünyada təxminən 1,3 milyon insan həyatını itirir. Bundan əlavə, təxminən 50 milyon insan müxtəlif dərəcəli xəsarət alır.

Piyada keçidində yaşıl işığın yanmasını gözləyən piyadanın ölmə ehtimlı aviaqəzada ölmə ehtimalından daha yüksəkdir.

Rəna Hacılı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO