Aktaudakı təyyarə qəzasında qardaşı ilə bir yerdə həlak olan 19 yaşlı Xədicə Əlimirzəyeva Qusarın Suduroba kənd məzarlığında torpağa tapşırılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dəfn mərasimində Qusar rayon İH başçısı Sahir Məmmədxanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə,müəssisələrin nümayəndələri, kənd sakinləri və mərhumun yaxınları iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
Təyyarə qəzasında həyatını itirən bacı-qardaşın evindən VİDEOREPORTAJ – TÜKÜRPƏRDİCİ FAKTLAR
Xədicə Əlimirzəyevanın yaxınlarına dərin hüznlə başsağlığı verən Sahir Məmmədxanov baş verən təyyarə qəzasının ağır hadisə olduğunu deyərək həlak olanların ailələrinə səbr diləyib.
Bildirib ki, dövlət həmişə olduğu kimi infi də faciə qurbanlarının ailələrinin, eləc də bütün xalqın yanındadır.
Dəfn mərasimindən sonra 19 yaşlı qəza qurbanının məzarı tər güllərlə ziyarət olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu