Təyyarə qəzasından sağ çıxanlar arasında Balakənin Qullar kəndindən olan Devrişovlar da var.
Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, kənd sakini Tofiq Devrişov reanimasiyadadır.
Onun oğlu Samir Devrişovun vəziyyəti isə yaxşıdır.
T.Devrişovun həyat yoldaşının sözlərinə görə, əri və oğlu Qroznıda yaşayan digər oğlunun yanına Yeni il bayramını keçirmək üçün gedirmişlər.
"Qardaşım Qroznıya gedəndə yazmışdı ki, yerə enirik. Sonra Qroznıda yaşayan qardaşım ağlaya-ağlaya səs atdı ki, qəza baş verib. Üstündən iki saat keçəndən sonra qəzaya uğrayan təyyarədəki qardaşımla əlaqə saxlaya bildilər. O, yaxşı olduğunu dedi", - Tofiq Devrişovun qızı Günay Hüseynova söyləyib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində ölənlər və yaralananlar var.
Ətraflı süjetdə:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
01:12 / 27.12.2024
"Oğlum və yoldaşım qəzaya düşən təyyarədə idi" - Hadisə vaxtı nələr oldu? - VİDEO
Hazırda oxunan: "Oğlum və yoldaşım qəzaya düşən təyyarədə idi" - Hadisə vaxtı nələr oldu? - VİDEO
Hazırda oxunan: "Oğlum və yoldaşım qəzaya düşən təyyarədə idi" - Hadisə vaxtı nələr oldu? - VİDEO
227239
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.