COVID-ə yoluxmada BU BÖLGƏ liderlik edir

 COVID-ə yoluxmada BU BÖLGƏ liderlik edir

Hazırda oxunan:  COVID-ə yoluxmada BU BÖLGƏ liderlik edir

22723

Azərbaycanda ən çox koronavirusa yoluxma hansı ərazidə baş verir?

Bizim.Media TƏBİB-ə istinadən xəbər verir ki, bu günə olan məlumatlara görə, Bakı koronaviruslu xəstələrin sayına görə birincidir. Ümumi yoluxma sayının 54,2 faizi paytaxtın payına düşüb.

İkinci yeri tutan 13 faizlə Abşeron yarımadasıdır, Bu regionda 19 yoluxma halı baş verib.

Siyahıda sonrakı yerləri 12 faizlə Aran bölgəsi, 7,2 faizlə Gəncə - Qazax, 4,1 faizlə Şəki-Zaqatala, 3,1 faizlə Quba-Xaçmaz,  2,4 faizlə Lənkəran, 2,3 faizlə Dağlıq Şirvan, 1,4 faizlə Yuxarı Qarabağ, 0,08 faizlə Naxçıvan Muxtar Respublikası tutur.

0,03 faiz yoluxma halı isə ölkə xaricində yoluxaraq virusu Azərbaycana “gətirənlər”-in payına düşüb.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO