Aktauda həlak olan 26 yaşlı gəncin atası: "Özünə isti paltarlar almışdı ki, ora soyuqdur" - VİDEO

Aktauda həlak olan 26 yaşlı gəncin atası: "Özünə isti paltarlar almışdı ki, ora soyuqdur" - VİDEO

Hazırda oxunan: Aktauda həlak olan 26 yaşlı gəncin atası: "Özünə isti paltarlar almışdı ki, ora soyuqdur" - VİDEO

227229

Ötən gün qəzaya uğrayan təyyarənin sərnişinlərindən biri də Şəmkir rayonu, Yuxarı Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Ramin İbrahimovdur.

Bizim.Media APA TV-yə istinadən xəbər verir ki, atası Mahir İbrahimov bildirib ki, oğlu Çeçenistana işləməyə gedirmiş.

"Subay idi, qardaşı qəza ilə bağlı sosial şəbəkələrdən öyrənib, mən də televiziyada gördüm. Hamı təlaşla ora-bura qaçırdı, baxdım ki, oğluma oxşayanlar var amma seçə bilmədim. Özünə isti paltarlar almışdı ki, ora soyuqdur. Axşam da yola saldıq, getdi. Sonuncu dəfə 8 radələrində danışdıq, dedi ki, gömrüyü keçib, təyyarəni gözləyir".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO