“AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının müayinəsi davam edir. Müayinələr başa çatdıqdan sonra onlar xəstəxanaya müalicəyə göndəriləcəklər”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov deyib.
O qeyd edib ki, zərərçəkənlərin müayinə və müalicəsi yüksək səviyyədə təmin edilir.
“Məqsədimiz yaralıların tezliklə sağalıb evlərinə qayıtmasıdır. Əvvəl gətirilən 7 nəfər artıq palataya köçürülüb. Onların vəziyyəti stabildir”, - deyə V.Qrubanov bildirib.
Qeyd edək ki, artıq təyyarə qəzası nəticəsində ölən 4 nəfərin cənazəsi və yaralanan 7 nəfər də Bakıya gətirilib.
Bizim.Media