''İlk dəfədir 28 May belə möhtəşəmdir'' – Mücadilə adamı Sabir Rüstəmxanlı

''İlk dəfədir 28 May belə möhtəşəmdir'' – Mücadilə adamı Sabir Rüstəmxanlı

Hazırda oxunan: ''İlk dəfədir 28 May belə möhtəşəmdir'' – Mücadilə adamı Sabir Rüstəmxanlı

22719

“1991-ci ildən bu yana bu il ilk dəfədir ki, 28 may Respublika günündə müstəqilliyimizin əhəmiyyətini daha yaxşı hiss edirik. Bu, danılmazdır. Azərbaycan bu gün azaddır. Şükür ki, bu il biz sərhədlərimizi bərpa edib, düşmənləri torpaqlarımızdan qovduq. Bu il Azərbaycan bütün dünyaya öz gücünü, iradəsini sübut etdi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı 28 may Respublika günüdən danışarkən qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qazandığımız zəfərlə babalarımızın da ruhunu şad etdik – Razi Nurullayev


O, həmçinin bildirib ki, Azərbaycan Qarabağdakı haqq savaşında özünə etibarlı dostlar, tərəfdaşlar qazanıb. 
 

“Azərbaycan bu dönəmdə bütün türk dünyası ilə əlaqələri daha möhkəmləndi. Biz bölgədə yeni biçim yaratdıq. Bütün bu proseslərdə Azərbaycanın həm siyasi, həm də iqtisadi cəhətdən öz güclü mövqeyi var.


Baxmayaraq ki, hələ ki, revanşist ermənilər qələbəmizə kölgə salmaqla məşğuldurlar. Gedən prosesləri, ümumiyyətlə bölgədə abu – havanı pozmaq istəyən ermənipərəst qüvvələrin son cəhdləri boğulmaqda olan bir kəsin saman çöpündən yapışmaq cəhdləridir. Ancaq qələbə bizim tariximizin parlaq bir səhifəsidir. Azərbaycan bundan sonra daha da güclü dövlət olacaq. Daha ciddi şəkildə öz haqq yolunda irəliləyəcək. Burada Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rolu xüsusilə ilə qeyd olunmalıdır”.

Sonda millət vəkili Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edərək, babalarımızdan bizə miras qalan müstəqilliyimizin əsrlər boyu əbədi yaşayacağını qeyd edib:

“Qarabağlı, Şuşalı Azərbaycan! Respublika günün, müstəqilliyin mübarək. Azərbaycan hər zaman var olacaq!”

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO