Aktau sakinləri qəzada həyatını itirənlərin xatirəsini yad edir - FOTO

Aktau sakinləri qəzada həyatını itirənlərin xatirəsini yad edir - FOTO

Hazırda oxunan: Aktau sakinləri qəzada həyatını itirənlərin xatirəsini yad edir - FOTO

227157

Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzası nəticəsində həlak olanların xatirəsi Azərbaycanın konsulluğu qarşısında yad edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Mangistau vilayətinin İcra Hakimiyyəti tərəfindən müvafiq kadrlar paylaşılıb.

“Konsulluq binasına Qazaxıstan Xalqları Assambleyasının nümayəndələri, müxtəlif sahələrin təmsilçiləri, ictimai xadimlər, gənclər və Aktau sakinləri gələrək qardaş xalqın kədərini bölüşürlər. Aktau şəhərinin icra başçısı Abılkayır Baypakov başsağlığı kitabına qeyd yazaraq Azərbaycan xalqına dəstəyini ifadə edib. Vilayət rəhbərliyi də həlak olanların yaxınlarına başsağlığı verərək, Azərbaycan xalqına güclü olmağı diləyib, bu faciəli itki ilə bağlı onları dəstəkləyiblər”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO