Qəzada həyatını itirən pilotun dostu: “İki ay sonra pensiyaya çıxacaqdı...”

Qəzada həyatını itirən pilotun dostu: “İki ay sonra pensiyaya çıxacaqdı...”

Hazırda oxunan: Qəzada həyatını itirən pilotun dostu: “İki ay sonra pensiyaya çıxacaqdı...”

227154

"İki aya təqaüd vaxtı çatırdı, lakin çıxmaq fikri yox idi. Çox pozitiv idi. İşindən də çox danışmağı sevmirdi".

Bizim.Media oxu.az”a istinadən xəbər verir ki, bu sözləri AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən pilot İqor Kşnyakinin dostu Nicat Baqiyev deyib.

O bildirib ki, pilotun nəşinin nə vaxt gətiriləcəyi ilə bağlı məlumat yoxdur:

"Hadisədən bir gün öncə danışdıq. Hər şey qaydasında idi. Üç gün əvvəl görüşmüşdük.

Qayıtdıqdan sonra yenidən görüşəcəkdik. Mükəmməl bir insan idi. Son anda 30-a yaxın insanı xilas etdi".

Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO