15 şəhid atası Hərbi Qənimətlər Parkında - FOTOLAR

15 şəhid atası Hərbi Qənimətlər Parkında - FOTOLAR

Hazırda oxunan: 15 şəhid atası Hərbi Qənimətlər Parkında - FOTOLAR

22715

Müxtəlif regionlarda yaşayan 15 kəlbəcərli şəhid atası II Fəxri Xiyabanda və Hərbi Qənimətlər Parkında olub.

Bizim.Media xəbər verir ki, tədbir Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon Təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə baş tutub.

Əvvəlcə II Fəxri Xiyabanı ziyarət edən şəhid ataları vətən uğrunda canlarını qurban verən şəhidlərimizin ruhlarına dualar oxuyublar. Daha sonra Hərbi Qənimətlər Parkında olan şəhid ataları 44 günlük müharibədə  qazanılan qələbəni özündə əks etdirən tarixi muzeylə və düşmənə məxsusu döyüş vasitələri ilə tanış olublar.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Aqil Məmmədov və YAP Kəlbəcər rayon Təşkilatı Gənclər Birliyinin sədri Hikmət Bağırov tədbirin mahiyyətindən söz açıblar.

Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə salınmış Hərbi Qənimətlər parkını əyani şəkildə şəhid atalarına ona görə göstərmək istəyiblər ki, qəhrəman övladlarınının uzun illər istehkam quraraq möhkəmlənmiş, hər cür silah və texnika ilə silahlanmış amansız düşmənə qarşı vuruşduqlarını və bu istehkamları darmadağın etdiklərini, eləcə də xalqımıza qələbə sevincini bəxş etdiklərini canlı təsəvvürə gətirsinlər. Bu salınmış park onların qəhrəmanlığının təbliğatçısı olacaq.

“Qarabağ” ordenli şəhid mayor Azər Mikayılovun atası Əmrah Mikayılov şəhid ailəri adından çıxış edərək qəhrəman oğullarımızla qürür duyduqlarını dilə gətirib.

Bildirib ki, şəhid olmuş qəhrəmanlarımızın düşmənə necə sarsıdıcı zərbə vurduqlarını məhz parkla tanışlıqda şahidi olublar.

Şəhid ataları onlara nümayiş olunan hörmət və ehtirama görə Prezident İlham Əliyevə  və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO