Təyyarənin qəzaya uğradığı yerdə axtarış işləri BAŞA ÇATIB

Təyyarənin qəzaya uğradığı yerdə axtarış işləri BAŞA ÇATIB

Hazırda oxunan: Təyyarənin qəzaya uğradığı yerdə axtarış işləri BAŞA ÇATIB

227114

Xilasedicilər Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğradığı yerdə axtarış işlərini başa çatdırıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb:

“Xilasetmə xidmətləri axtarışları başa çatdırıb. Təyyarə qəzası nəticəsində 29 nəfər xəstəxanaya yerləşdirilib, 38 nəfər ölüb”, - məlumatda deyilir.

Bütün zərərçəkənlərin lazımi müayinələrdən keçdiyi qeyd edilir.

Vəziyyətləri stabilləşdikdən sonra xəstələr ixtisaslaşdırılmış şöbələrə yerləşdirilib.

Xatırladaq ki, qəzaya uğrayan AZAL təyyarəsində sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, təyyarədə 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb.

Qazaxıstandan olan 6 sərnişinin hamısı həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO