Hökümə Əliyevanın anası: “Həmişə deyirdi ki, mənimlə fəxr edin”

Hökümə Əliyevanın anası: “Həmişə deyirdi ki, mənimlə fəxr edin”

Hazırda oxunan: Hökümə Əliyevanın anası: “Həmişə deyirdi ki, mənimlə fəxr edin”

227107

“Hökümənin həlak olduğunu atası dedi. 6-cı sinfə qədər Rusiyada oxuyub, Vətəni çox istəyirdi.

Sonra Vətənə qayıtdıq, ali təhsil aldı, hüquqşünas oldu”.

Bizim.Media xəbər verir ki, bunu apa.az-a AZAL-ın qəzaya uğrayan təyyarəsinin həlak olan ekipaj üzvü Hökümə Əliyevanın anası Kəmalə Alıyeva bildirib.

O, Hökümənin 2016-cı ildən AZAL-da çalışdığını deyib:

“Hökümə çox gülərüz idi.

Əksər ölkələrdə olmuşdu. Hər zaman deyirdi ki, mənimlə fəxr edin. Bir dəfə səfərdən dönəndə dedi ki, az qala təyyarə qəza edəcəkdi… Bu dəfə qəza oldu, qızım xilas ola bilmədi".

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Hökümə Əliyeva əslən Kəlbəcər rayonundandır. BDU-nun Hüquq fakültəsinin məzunu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO