Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı yaralanan 20 nəfər xəstəxanada müalicə alır.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın Mangistau vilayət administrasiyasından məlumat verilib.
Qeyd edilib ki, 20 xəstə müşahidə altındadır, onlardan altısı reanimasiyadadır.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb.
Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:10 / 26.12.2024
Yaralıların son vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA - FOTO
Hazırda oxunan: Yaralıların son vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA - FOTO
Hazırda oxunan: Yaralıların son vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA - FOTO
227092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.