Qazaxıstan Azərbaycan və Braziliya ilə birlikdə təyyarə qəzasını ARAŞDIRACAQ

Qazaxıstan Azərbaycan və Braziliya ilə birlikdə təyyarə qəzasını ARAŞDIRACAQ

Hazırda oxunan: Qazaxıstan Azərbaycan və Braziliya ilə birlikdə təyyarə qəzasını ARAŞDIRACAQ

227081

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması milli komissiya tərəfindən aparılır, orada Azərbaycan və Braziliya nümayəndələri də iştirak edəcək.

Bizim.Media "Tengri.kz" nəşrinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

“Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin, eləcə də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) nümayəndələri Qazaxıstana səfərə gəlib. Ərazidə işlər Azərbaycanın aviasiya hakimiyyət orqanları ilə sıx əməkdaşlıq şəraitində aparılır. Təyyarə istehsalçısı “Embraer” və CENIPA (Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzi, Braziliya) şirkətlərinin nümayəndələri də Qazaxıstana uçublar”, - məlumatda qeyd olunub.

Hazırda komissiyanın əməkdaşları fövqəladə hadisə yerindədir və çöl araşdırmaları aparır.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO