“Aktauda yaralananlar və ölənlərin nəşi bu gün Bakıya gətirilməyəcək" - AZAL rəsmisi

“Aktauda yaralananlar və ölənlərin nəşi bu gün Bakıya gətirilməyəcək" - AZAL rəsmisi

Hazırda oxunan: “Aktauda yaralananlar və ölənlərin nəşi bu gün Bakıya gətirilməyəcək" - AZAL rəsmisi

227040

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Aktau şəhərində qəzaya uğrayan təyyarəsi ilə bağlı hazırda yaralıların və ya ölənlərin nəşinin Bakıya gətirilməsi planlaşdırılmır.

Bizim.Media report-a istinadən xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat katibi Nərmin Xəlilova deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Yaralı vətəndaşlarımız qəzanın necə baş verməsini nazirlərimizə belə danışdılar - VİDEO


“Bu gün heç bir yaralı və ya şəxsin nəşi gətirilməyəcək. Rəsmi qurumlar araşdırmanı tamamladıqdan sonra ictimaiyyətə dəqiq məlumat təqdim edəcək”, - deyə N. Xəlilova bildirib.

N. Xəlilova əlavə edib ki, zərərçəkənlərin birinci dərəcəli ailə üzvləri qan analizi üçün Baş Prokurorluğun korpusuna göndərilib:

“Hazırda 14 nəfər orada müvafiq prosedurdan keçir”.

Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO