Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.
Bizim.Media xəbər verir ki, “ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov dövlətimizin başçısına məscidlə bağlı məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Şuşa, Füzuli, Cəbrayılın və digər şəhərlərin Baş Planları hazırlanır
Bildirilib ki, Ermənilər burada da heyvanlar saxlamış, gedəndə də yandırıblar və xeyli ziyan dəyib. Bunlar bərpaçıdan verilən ilkin sənədlərdir.
Qeyd edək ki, bu məscid də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biridir. Ağdam rayonunun Qiyaslı kəndində bu dini abidə XVIII əsrə aiddir. Qiyaslı məscidi 2001-ci ildən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.
***
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.
Bizim.Media-nın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bizim.Media