AZAL-ın qəzaya uğrayan təyyarəsində olanlardan 10 nəfəri Balakən rayon sakinləridir.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, onlardan 7 nəfəri həlak olub, 3 nəfəri isə xəsarət alıb.
MÖVZU İLƏ BAĞLI:
Qəzaya uğrayan təyyarədəki soydaşlarımızın FOTOLARI
Həlak olanlar - Balakən rayonu Qullar kənd sakini Tütünçüyev Mahmud Muhuma oğlu, Meşəşambul kənd sakini Anqubazova Məleykə Murtuzəli qızı, Şərif kənd sakinləri Qıstarov İbrahim Abbas oğlu, Qıstarov Rəşid Abbas oğlu, Xalatala kənd sakinləri Qurbaçov Həmzət Muhuma oğlu, Xalayeva Hafisat Hüseyn qızı, Mahamalar kənd sakini Ömərova Leyla Vaqif qızıdır.
Xəsarət alanlar isə Dervişov Amir Tofiq oğlu, Dervişov Tofiq Ramazan oğlu, Şabanova Vəfa Cuma qızıdır.
Bizim.Media