Təyyarə qəzasında xəsarət alan yeniyetmələrin VƏZİYYƏTİ necədir?

Təyyarə qəzasında xəsarət alan yeniyetmələrin VƏZİYYƏTİ necədir?

Hazırda oxunan: Təyyarə qəzasında xəsarət alan yeniyetmələrin VƏZİYYƏTİ necədir?

226950

Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayan AZAL hava gəmisində xəsarət alanların 4-ü yeniyetmədir. Təyyarə qəzasından sonra iki qızın ciddi xəsarətləri yaranıb. Onlar yaxın saatlarda Mangistau vilayətində xəstəxanada əməliyyat olunacaq.

Bizim.Media xəbər verir ki, 16 yaşlı Salihat Cerova ağır travmatik şok, qapalı kəllə-beyin travması, beyin silkələnməsi və sol ayağının açıq sınığından xəsarətlər alıb. 11 yaşlı Mariam Arsbayevanın çanaq sümüyü sınıb, başından xəsarətlər alıb və beyin silkələnməsi var.
 

Təyyarədə olan 27 sərnişin xəstəxanaya çatdırılıb, onlardan 11-nin vəziyyəti ağır olaraq reanimasiyadadır. Qəzadan 32 nəfər sağ çıxıb.


Xatırladaq ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib. Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO