Qazaxıstan FHN-dən xilasetmə əməliyyatları ilə bağlı AÇIQLAMA

Qazaxıstan FHN-dən xilasetmə əməliyyatları ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Qazaxıstan FHN-dən xilasetmə əməliyyatları ilə bağlı AÇIQLAMA

226904

Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktauda qəza enişi etməsindən sonra hadisə yerində xilasetmə əməliyyatları davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Təyyarənin göyərtəsində olan şəxslərin sayı ilə bağlı AZAL-dan AÇIQLAMA - VİDEO


Mənbə qeyd edir ki, hadisə yerinə 52 nəfərlik xilasetmə personalı və 11 xüsusi texnika cəlb olunub.

Hadisə yerinə çatan xilasetmə qrupları təyyarənin yanmasını müşahidə ediblər və dərhal yanğınsöndürmə əməliyyatlarına başlayıblar.

İlkin məlumata əsasən, hadisədə sağ qalanlar var. Hazırda zərərçəkənlərin sayı və vəziyyəti dəqiqləşdirilir.

FHN-in Komanda Mərkəzində respublika əməliyyat qərargahı yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO