Təyyarə qəzasında xəsarət alan 12 nəfər Aktaudakı xəstəxanaya YERLƏŞDİRİLİB

Təyyarə qəzasında xəsarət alan 12 nəfər Aktaudakı xəstəxanaya YERLƏŞDİRİLİB

Hazırda oxunan: Təyyarə qəzasında xəsarət alan 12 nəfər Aktaudakı xəstəxanaya YERLƏŞDİRİLİB

226899

Təyyarə qəzası baş verən yerdən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər (onlardan biri uşaqdır) Aktaudakı Manqistau Regional Xəstəxanasına çatdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO